Modern.az

Arvadbaz prezidentlə Bakıda evlənən birinci ledi - hazırki birinci xanım stüardessa olub - MARAQLI

Arvadbaz prezidentlə Bakıda evlənən birinci ledi - hazırki birinci xanım stüardessa olub - MARAQLI

İqtisadiyyat

13 Yanvar 2014, 12:35


Modern.az
 saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Anqolanın birinci xanımından, daha doğrusu, xanımlarından bəhs edirik.

Anqolanın 72 yaşlı prezidenti Joze duş Santuş ömrü boyu arvadbaz olub. İndi də məlum deyil ki, yaşının bu çağında bu mərəzindən əl çəkib, yoxsa həmişəki kimi yaşayır. Masajçı Mariya isə iddia edir ki, Joze, sən demə Tatyana ilə heç vaxt evli olmayıb. Onun sözlərinə görə, Anqola prezidentinin yeganə arvadı Ana Paula duş Santuşdur. Tatyanaya gəldikdə, məsələ belə olub: Joze duş Santuş onu günəşli Bakıdan günəşli Anqolaya gətirib. Tatyana 1973-cü ildə onun ilk uşağını – qızı İzabelanı dünyaya gətirib. Amma Tatyana tezliklə Jozeni tərk edib, səbəbi isə ərinin çoxsaylı xəyanətlərə tab gətirə bilməməsi olub. Tatyana uzun illərdir Joze ilə yaşamamasına baxmayaraq, Anqoladan getməyib. Onun Anqolanın paytaxtı Luandanın mərkəzində böyük evi var. O, nəvələrinin – İzabelanın uşaqlarının tərbiyəsi ilə fəal məşğul olur. Onalar üçün Rusiyadan gələn xüsusi qadınlar dayə rolunu oynayırlar. Deyirlər ki, onun və qızının evindəki qulluqçuların əksəriyyəti ruslardır. Onu da deyirlər ki, evdə işləyənlər ayda 5 min dollar zəhmət haqqı alırlar.
Anqolalılar Tatyananı sevirlər. Mariya deyir ki, Tatyana o qədər gözəl olmasa da, çox xeyirxahdır. Həmişə adamlarla salamlaşır və ümumiyyətlə özünü çox mərd aparır. Masajçıların sözlərinə görə, İzabela isə anası kimi o qədər sadə deyil. Adamlarla üz-üzə gələndə heç kimlə salamlaşmır.

Gələcək ledi ilə təyyarədə tanışlıq

Joze Tatyana onu tərk edəndən az sonra anqolalı xanımla evlənib. Bu qadın Joze üçün 3 övlad dünyaya gətirib və indi hakimiyyətdə yaxşı bir vəzifə tutur. 1979-cu ildə Jozenin 37 yaşı olanda prezident olmaq iddiasına düşür. Amma Anqolanın prezidenti subay adam ola bilməzdi. Həmin vaxt isə Jozenin özünün etiraf etdiyi kimi 8 uşağı vardı, lakin bir arvadı belə yox idi. Bu yaxşı hal deyildi. Vəziyyəti düzəltmək lazım idi. Beləcə, Joze bir dəfə təyyarə ilə uçanda yanından gözəl styüardessa Ana Paula keçir. O, Jozeyə də podnosda yemək gətirir, o isə qıza məktub verir. Mol, gəl görüşək и цетера. Görüşürlər, Joze onunla evlənməsini təklif edir. Ana Paula isə ondan demək olar 20 yaş balacaydı, faktiki qızı ilə həmyaşıd idi. Hamı şoka düşür. Qızın ailəsi də şokdaydı - niyə görə kişi belə qocadır? Buna baxmarayaq Ana Paula duş Santuş olur, ona daha 3 uşaq doğur və indi Anqolanın birinci ledisi hesab olunur.

Uşaqları ilə nəvələri bir yerdə məktəbə gedən prezident

Prezidentin uşaqları ilə nəvələri eyni vaxtda mühafizənin müşayiəti ilə Fransa liseyinə gedirlər. Anqolalılar isə anlaya bilmirlər ki, Joze nəyə görə gələcək nəslin məhz fransız liseyində oxumalarına qərar verib. Onların fikrincə, bu anlaşılmazdır və düzgün deyil. Amma hamı deyir ki, Jozenin uşaqları və nəvələri çox tərbiyəlidirlər, yaxşı oxuyurlar və ümumiyyətlə, mələk kimi yaradılıblar.
Mariya deyir ki, Joze, əlbəttə, oğrudur, amma qatil deyil: “O yaxşı insandır. Çoxlu oğurlayır, amma ölkə üçün çox şey edir. Buna görə xalq onu sevir. O, artıq çox oğurlayıb, onun bütün ailəsi varlıdır. Əgər yeni prezident gəlsə, yenidən oğurlamağa başlayacaq. Bu isə lazım deyil.

Bakıda tapılan qadın niyə boşanıb?

Tatyana Duş Santuş (qızlıq soyadı Kukanova) Rusianın Penza şəhərində anadan olub və orada böyüyüb. Sonra Azərbaycana təhsil almağa gəlib və burada Anqolanın gələcək prezidenti (onlar  Azərbaycan Neft və Kimya İnstitutunda oxuyublar) tanış olub. Onlar 1966-cı ildə evləniblər, 6 il sonra qızları dünyaya gəlib. 1979-cu ildə Joze Eduard duş santuş Anqolanın prezidenti seçilib, bu səbəbdən rus arvadından ayrılmalı olub və öz həmvətəni ilə ailə qurub. Anqola Konstitusiyasına görə prezidentliyə iddialı şəxs əcnəbi xanımla evli olmamalıdır. Joze də yerli adət-ənənəyə uyğyb olaraq Tatyana Sergeyevnanı boşamalı olub.

Prezidentin qızı Afrikanın ilk milyarder qadınıdır


24 yaşında Anqolaya qayıdan İzabel 1997-ci ildə Luanda da özünə “Miami Beach” adlı restoran açıb. Britaniya qəzetlərindən birinin yazdığına görə, o Londonda elektron mühəndislik və London Kral Kollecində işgüzar adminstrasiya ixtisası üzrə təhsil alıb.
İzabel 2003-cü ildə Konqodan olan incəsənət əsərlərlərinin kolleksiyaçısına ərə gedib, reportyorlar məlumat veriblər ki, toyda Belçikadan olan xor oxuyub, yeməkləri isə iki xüsusi təyyarə ilə birbaşa Fransadan gətiriblər. Dəvət olunan 100 qonaq arasında Afrika dövlətlərinin prezidentləri iştirak ediblər, məclisin isə təxminən 4 milyon dollara başa gəldiyi bildirilib.

“Forbes”in hesablamalarına görə, Afrikanın ilk milyarder qadını Anqola prezidentinin 40 yaşlı qızı İzabel duş Santuşdur. 2013-cü ilin əvvəllərində açıqlanan məlumatda 1979-cu ildə Portuqaliyanın əsarətindən xilas olandan bəri dəyişilməz prezident olan Joze Eduard duş Santuşun qızı Potuqaliya və Anqolada bir neçə iri şirkətin aksia paketinə ortaqdır. Onun Portuqaliyanın BPI bankının aksiyalarının 19,5 faizinə - 465 milyon dollara yaxın sahib olduğu bildirilir. Bundan əlavə, Portuqaliyanın ZON kabel televiziyasının aksiyalarının 28,8 faizi də İzabelə məxsusdur. “Forbes” bu sobctvennost-un dəyərini 385 milyon dollar olduğunu açıqlayıb.

Bundan əlavə, o, Anqolanın BIC bankının aksiyalarının 160 milyon dollarına sahibdir. “Forbes”ə müstəqil ekspert xəbər verib ki, İzabel duş Santuş Anqolanın Unitel mobil rabitə şirkətinin səhmdarıdır və 25 faizdən az olmayan qiymətli kağızı var ki, minimum dəyəri bir milyard dollardır.

ABŞ-ın Con Holkins Universitetinin Afrika üzrə ixtisaslaşmış professoru Piter Luis xəbər verib ki, Anqola prezidentinə və onun qohumlarına ölkənin aktivlərinin böyük hissəsi məxsusdur. Bununla belə Afrikanın cənubundakı onun doğma ölkəsinin əhalisi gündə 2 dollara yaşayırlar. Üç övladları olan ərlə-arvad fasilələrlə Luanda, London, Lissabon və əri Dokolonun qohumlarının olduğu Yohannesburqda da yaşayırlar. İzabel duş Santuş sərbəst şəkildə bir neçə dildə danışır, amma mətbuata müsahibə vermir, o da atası kimi kölgədə qalmağa üstünlük verir.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!