Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda müsabiqə elan edir.
Müsabiqənin şərtləri: Müsabiqəyə 01 aprel 2014-cü il tarixdən 01 iyun 2014-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır.
Materiallar 01 iyun 2014-cü il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə DSMF-nin aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer – 800 manat; 2-ci yer – hər biri 500 manat olmaqla iki yer; 3-cü yer – hər biri 300 manat olmaqla üç yer. Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə: 1-ci yer – 800 manat; 2-ci yer – hər biri 500 manat olmaqla iki yer; 3-cü yer – hər biri 300 manat olmaqla iki yer.
Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində. Eyni zamanda bildiririk ki, komissiyaya DSMF-nin sədr müavini Zakir Babayev rəhbərlik edir.
Modern.az