Modern.az

Azərbaycanlı müğənninin qızı “Kurtlar vadisi”nin aktyoru ilə evləndi - FOTO

Azərbaycanlı müğənninin qızı “Kurtlar vadisi”nin aktyoru ilə evləndi - FOTO

21 Noyabr 2016, 17:42

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədovun qızı Türkiyədə ailə həyatı qurub.

 

Bu barədə Modern.az Türkiyə KİV-nə istinadən məlumat verir.

 

Məlumatda X.Məmmədovanın türkiyəli aktyor Arif Selçuka ərə getdiyi bildirilir.

Aktyor bildirib: “Azərbaycanlıların qonaqpərvərliyi, mədəniyyəti bizimkilərə çox bənzəyir. Azərbaycanın sevilən ifaçısı Cavanşir Məmmədovun kürəkəni olmaqdan qürur duyuram".

 

Qeyd edək ki, A.Selçuk "Kırqın çiçəklər", "Kiçik gəlin", "Kurtlar vadisi pusu", "Gecənin kraliçası" kimi seriallarda rol alıb.

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək