Modern.az

Cennifer Lopez artıq Bakıdadır, Şakira da gələcək

Cennifer Lopez artıq Bakıdadır, Şakira da gələcək

21 Sentyabr 2012, 12:22

“Cennifer Lopez artıq Bakıdadır. Amma mediaya onun hansı oteldə qalması barədə heç bir məlumat verə bilmərik”. Bu sözləri Modern.az-a açıqlamasında “Omnikomo Music Group” şirkətinin PR və marketinq direktoru Zaur Darabzadə deyib. Onun sözlərinə görə, bu gecə saatlarında öz komandası ilə Bakıya gələn Cennifer Lopez istirahət edir.

Z. Darabzadə bildirib ki, müğənni ölkəmizə səfəri çərçivəsində şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib.
Məşhur müğənni sentyabrın 22-də “Tofiq Bəhramov”da, 23-də isə “Bakı Kristal Zal”da konsert proqramı ilə çıxış edəcək. Proqram saat 21:00-da başlayacaq.

Zaur Darabzadə deyib ki, Şakira da tezliklə Azərbaycana gələcək. Qeyd edək ki, Şakira dünən öz twitter hesabında ana olacağını bildirib və bəzi konsertlərini ləğv edib .D ünya şöhrətli müğənni 14 oktyabrda “Bakı Kristal Zal”da konsert verməlidir.

Sevinc İltifatqızı
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!