Modern.az

Tokioda medal qazanan iki Paralimpiyaçımız işğaldan azad olunmuş rayondandır - FOTO

Tokioda medal qazanan iki Paralimpiyaçımız işğaldan azad olunmuş rayondandır - FOTO

Mədəni̇yyət

27 Avqust 2021, 13:49

Hazırda Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Paralimpiya Oyunları-2020-də Azərbaycan idmançıları uğurla çıxış edirlər. Artıq milli komandamızın üzvləri bir neçə əyarda medal qazanıblar.


Modern.az xəbər verir ki, yarışlarda medal qazanan idmançılarımızdan ikisi əslən işğaldan azad olunmuş rayondandır. Bunlar paracüdoçusu Şahanə Hacıyeva və pauerliftinqçi Pərvin Məmmədovdur.

48 kq çəki dərəcəsində fransalı Sandrin Martineyə qalib gələn Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Azərbaycana ilk qızıl medalı  qazandırıb.

 

Pauerliftinqçi Pərvin Məmmədov isə 49 kq-da mübarizə aparıb və bürünc medala sahib olub.
 

Onların hər ikisi işğaldan azad olunmuş Cəbrayıl rayonundandır. Şahanə Hacıyeva Cəbrayılın Soltanlı, Pərvin Məmmədov Şahvəlli kəndindəndir. 


Builki Paralimpiya Oyunlarında 22 idman növündə 162 ölkədən təxminən 4400 idmançı 539 medal üçün yarışacaq.

 

Yarışlarda Azərbaycanı 35 idmançı təmsil edir. Azərbaycan idmançıları 6 idman növündə 46 proqramda mübarizə aparırlar,

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

 

 A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?