Modern.az

Türkiyə ilə birgə filmlər ÇƏKİLƏCƏK

Türkiyə ilə birgə filmlər ÇƏKİLƏCƏK

28 Dekabr 2021, 14:05

"Gələn il Türkiyə ilə birgə filmlərin çəkilməsi ilə bağlı danışıqlar gedir".

 

Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

 

Onun sözlərinə görə, bu filmlərin "Netflix"də yayımı da mümkün ola bilər.

 

Nazir danışarkən bölgələrdəki teatrların fəaliyyətindən narazılığını dilə gətirib:

 

“Əsas yük paytaxt teatrlarının üzərinə düşür. İstərdik ki, regionlarda teatrlar inkişaf etsin. Bu, çox vacib məsələdir. Amma bölgələrdə teatrların fəaliyyəti istədiyimiz kimi deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar