Modern.az

Tarixi konqres – İstanbul təəssüratları - FOTOLAR

Tarixi konqres – İstanbul təəssüratları - FOTOLAR

Mədəni̇yyət

7 Yanvar 2013, 11:52


İstanbulda keçirilən  «Osmanlı coğrafiyası mədəni arxiv mirası və qeydiyyat arxivlərinin rolu» Beynəlxalq Konqresə «Azərbaycanda mülkiyyəti hüquqlarının qeydiyyatı tarixindən»  məruzəsinə görə biz də dəvət almışdıq. Konqresin açıılışı «Cəvahir» otelinin əzəmətli Konqress salonunda keçirildi. 
Açılışda Türkiyə Baş nazirinin müavini Bülənd Arınc, Türkiyə Cümhuriyyəti çevrə və şəhərçilik naziri Ərdoğan Bayraktar, tapu və kadastro genel müdiri Davud Güney, mülkiyyət hüquqlarının qeydiyyatı və kadastr sahəsində elmi araşdırmalar aparan Türkiyənin görkəmli elm adamları, vaxtilə Osmanlı corafiyasında olmuş, bu gün isə öz müstəqil dövlətlərini qurmuş 30 ölkədən gəlmiş dəvətlilər var idi.

İstiqlal marşının səsləndirilməsindən sonra  Baş nazirin müavini Bülənd Arınc, çevrə və şəhərçilik naziri Ərdoğan Bayraktar, tapu və kadastro genel müdiri Davud Güney çıxış etdilər. Türkiyənin Baş naziri, hörmətli Rəcəb Tayyib Ərdoğanın Konqresə təbrik məktubu oxundu. Təbrik məktubundakı bir məqam olduqca mütəəssir edici idi və arxiv işinin, onun dəyərinin qiymətini olduqca dəqiq verirdi. Bu fikir Konqres iştirakçılarının xatirəsindən yəqin ki, heç zaman silinməyəcəkdir. Təbrikdə deyilirdi ki, «insanlar da, dövlətlər də ağaclar kimi kökləri ilə yaşayırlar»…

Osmanlı dövləti 600 yüz il müddətində dünyanın çox böyük və önəmli bir coğrafiyasında öz hakimiyyətini qurmuşdur. Bu torpaqlar fəth edildikdən sonra orada mövcud olan şəhərlər, qəsəbələr, ən kiçik kəndlər belə kameral uçota alınmış, torpaqlar, onların növləri və kimə məxsusluğu, ailə başçıları və ailə üzvləri, daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, bu qeydlər 3 növdən ibarət təhrir dəftərlərində qeydiyyata alınmış, dövlətin ən ali möhürləri ilə möhürlənərək dövlət xəzinəsi statusunda saxlanılmışdır.

Təhrir dəftərləri müfəssəl dəftərlər, icmal və evkaf dəftərlərindən ibarət olmuşdur. Təhrir dəftərlərində digər qeydlərlə bərabər torpağa mülkiyyət hüququ, torpaq üzərindəki məhdudiyyətlər, torpaq sahələrinin növləri və ölçüləri də öz əksini tapmışdır. Təhrir dəftərlərində fəth edilən ölkənin sərhədləri hüdudunda yaşayan əhali, onların mal-mülkü qeydiyyata alınaraq vergi mənbələri sayılırdı. Dəftərlərdə dövlət idarəetməsinə, ordu quruculuğuna, əhali və onun sosial təbəqələrinin etnik və dini mənsubiyyətləri də öz əksini tapırdı. Müəyyən bir coğrafiyada əhalinin artıb- azalması, indiki anlayışla ifadə etsək, demoqrafiyası, yeni kənd və şəhərlərin yaranması, qeydiyyata alınmış mülkiyyətdə baş verən dəyişikliklər öz əksini tapır. 3 növdən ibarət olan təhrir dəftərlərində əhalinin məşğulluq dərəcəsi, hətta məşğul olduqları fəaliyyət növləri göstərilirdi. Bəzən bir bölgənin və yaxud vilayətin təhrir dəftərini tərtib etmək üçün bir neçə il gərək olurdu. Dəftərlərdə fəth edilmiş ölkələrin iqtisadi, ticari, əmlak məsələləri tam öz əksini tapırdı. Əhalinin etnik və dini mənsubluğu, şəhərlərdə, qəsəbələrdə və kəndlərdə eyni dəqiqliklə qeydə alınırdı. Təhrir dəftərlərində qadınlar və həddi-buluğa çatmamış körpələr qeyd edilmirdi. Təhrir dəftərlərində müəyyən zaman kəsiyində, müəyyən torpaq sahəsində mövcud olan bitki örtüyü, meşələr, göllər, bataqlıqlar, təbii-fiziki coğrafiyaya aid məlumatlar, onların mənsubluğu göstərilirdi.

Müfəssəl dəftərlər əyalət və kəndlər üzrə tərtib edilirdi və hər vilayət üzrə mövcud olan  qanunnamələr burada mütləq öz əksini tapırdı. Bu dəftərlər iki nüsxədən ibarət olaraq hazırlanırdı. Bir nüsxə mərkəzi Dəftərxanaya göndərilir, bir nüsxəsi isə aid olduğu əyalət mərkəzində saxlanırdı. İcmal dəftərlərin hazırlanması üçün müfəssəl dəftərlər əsas götürülürdü. Evkaf dəftərlərində isə müxtəlif əmlak növləri əyalətlər və qəzalar üzrə qeyd edilirdi. Söhbət açdığımız dəftərlərin bir qismi bu gün Tapu və Kadastro Genel müdirlüyünün Ankaradakı arxivlərində qorunub saxlanılır, restavrasiya edilir və elektron arxivə çevrilir. Bir qismi isə Osmanlı dövlətinin hökm sürdüyü, bu gun isə öz müstəqilliyini qazanmış 30-dan çox dövlətin dövlət arxivlərində qorunub saxlanılır.

Misir dövlət arxivinin nümayəndəsinin etdiyi məruzəyə görə, təkcə Misir dövlət arxivində bu gün 5 milyona yaxın belə arxiv sənədləri var. Tapu və Kadastro Genel müdirlüyü bu böyük arxiv xəzinəsindən daha asan, mükəmməl və elmi cəhətdən əsaslandırılmış şəkildə istifadə edilə bilmək üçün çox böyük zəhmət bahasına həmin sənədlərin 600 yüz səhifəyə yaxın, çox nəfis şəkildə tərtib olunmuş bir kataloqunu kitğab şəklində çap edərək Konqres iştirakçılarına, elm adamlarına və araşdırmaçılara paylamışdı.
Kataloqun giriş hissəsində çevrə və şəhərçilik naziri Ərdoğan Bayraktar yazır: «Arxivlər mühafizə etdikləri bilgi və bəlgələrdə keçmişi aydınlatmanın yanı sıra, varlığı davam etdirən dövlətlərin işləyiş və birinmənlərinin gerektiyində istifadə edilmək üzrə saxlayaraq bu gunu və gələcəyi təminatı altına alan dövlətin və millətin ən önəmli hafizə mərkəzləridir».
Tapu və kadastro genel müdiri Davud Güney yazır ki, «Kuuydi-i Kadime arxivində mühafizə edilən bu dəftər və mənbələr Osmanlı əsgəri, siyasi, iqtisadi, hüquqi, coğrafi, sosial və mədəni tarixini ortaya qoymaqla yalnız ölkəmizin tarixi üçün deyil Osmanlıdan ayrılaraq bağımsız olan 30-a yaxın ölkənin də milli tarixlərini ortaya çıxaracaq qeydləri ehtiva etməsi baxımından böyük önəmi olan bir işdir».
Dəftərxana Osmanlı dövlətində bürokrativ dövlət qurluşunun 3 əsas istiqamətlərindən biri olduğu üçün çalışan personalın seçilməsinə və xüsusi diqqət yetirilmişdir. Bu şəxslər dövlətə sadiqlik bilimlilik, məşğul olduqları sahədə mövcud olan qanunları və təlimatları son dərəcə mükəmməl bilmə qabliyyətlərinə və gözəl xətlərinə görə seçilirdilər. XVI  yüz ildən başlayaraq əvvəl 15 işçidən ibarət olan Dəftərxana 1577-1578-ci illərdə 40, XVII yüz ilin əvvəllərində 95-100 sonralar isə daha çox işçi ilə fəaliyyət göstərib.
Bu gün Türkiyə Cumhiriyyətində əmlak qeydiyyatı və kadastr işlərini həyata keçirən, Osmanlı dönəmində Dəftərxana adlanan bu quruluşun hüquqi varisi olan Tapu və Kadastro Genel müdirliyi sistemində  22 vilayət bölgə müdirliyində  18 min işçi çalışır. 600 yüz il Osmanlı coğrafiyasında yerləşən, sonralar öz müstəqil dövlətlərini quran 30-dan çox dövlətin nümayəndəsinin qatıldığı «Osmanlı cöğrafiyasının mədəni arxiv miraslarının tarixi rolu» adlı Beynəlxalq Konqresin İstanbul şəhərində keçirilməsində də bir tarixi simvolizim var idi. 600 il ərzində bu böyük və gözəl şəhər Osmanlı dövlətinin paytaxtı rolunu oynayıb.




Gülhüseyn Kazımov

Cavid Qasımov

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək