Modern.az

Türkiyə “Eurovision” Mahnı Müsabiqəsində iştirak edə bilər

Türkiyə “Eurovision” Mahnı Müsabiqəsində iştirak edə bilər

Mədəni̇yyət

9 Fevral 2013, 14:10

TRT-nin baş direktoru İbrahim Şahin bildirib ki, “Eurovision” Mahnı Müsabiqəsində şərtlər dəyişilərsə, onlar yarışmada iştirak edə bilərlər.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, TRT-nin baş direktoru İbrahim Şahin iyun ayında keçiriləcək “Eurovision” qrup toplantısında şərtlər dəyişərsə, sonrakı illərdə müsabiqəyə qatıla biləcəklərini açıqlayıb. Şahin müsabiqə nəticəsinin müəyyənləşdirilməsində elektron izləyici sisteminin təsirli olduğunu, ancaq şərtlərin dəyişdirilib tamaşaçı səsvermə payının 50%-ə salınmasını xatırladıb.

Səsvermə üçün 50 faizin münsiflər heyətinə verildiyini xatırladan baş direktor bunun haqsız rəqabətə yol açdığını irəli sürərək, builki “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməmək qərarını aldıqlarını qeyd edib.

Aytən

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir