Modern.az

Gürcüstanda kinoteatrlara gedənlərin sayı 1 ildə 21,8% ARTIB

Gürcüstanda kinoteatrlara gedənlərin sayı 1 ildə 21,8% ARTIB

Mədəni̇yyət

16 Fevral 2024, 11:12

Gürcüstanda kinoteatrlara gedənlərin sayı 2023-cü ildə 1,5 milyona yüksəlib.

 

Modern.az "News Georgia"ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının Avropa Audiovizual Observatoriyasının məlumatlarında qeyd olunub.

 

Bildirilib ki, 2022-ci illə müqayisədə artım 21,8% təşkil edib. Gürcüstan və Bosniya və Herseqovina siyahıda pandemiyadan əvvəlki iştirak səviyyəsini ötmüş yeganə ölkələr olub.

 

Bununla yanaşı, Gürcüstan üçün statistikada milli istehsalın payı cüzi olaraq qalır. 2023-cü ildə satılan biletlərin cəmi 3,7%-i gürcü filmləri üçün olub.

 

Müqayisə üçün qeyd edək ki, Türkiyədə milli film istehsalı kassa gəlirlərinin 46,3%-ni, Ukraynada isə 14,7%-ni təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!