Modern.az

Şvartsenegger ürəyindən əməliyyat olundu

Şvartsenegger ürəyindən əməliyyat olundu

Mədəni̇yyət

25 Mart 2024, 19:16

Amerikalı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyor özü açıqlamasında deyib.

Şvartseneggerin sözlərinə görə, onun bədəninə kardiostimulyator yerləşdirilib. Sənətçi əməliyyatdan sonra maşın olmağa daha da yaxınlaşdığını zarafat edib.

Aktyorun sözlərinə görə, kardiostimulyator ona görə lazım olub ki, onun əvvəlki əməliyyatlarından sonra ürək döyüntüsündə pozuntular yaranıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir