“Nurgün Motors” müştərilərini sevindirməkdə davam edir. Belə ki, “Nissan Servis” Mərkəzlərində 15 Oktyabr 2010-cu il tarixində start verilən Payız kampaniyasının davametmə müddəti 15 dekabra qədər uzadıldı. Bu isə o deməkdir ki, “Nissan” və “İnfiniti” müştəriləri 15 dekabr 2010-cu il tarixinə qədər Babək prospekti 31 və Salamzadə küçəsi 2 (Nəqliyyat Nazirliyinin yaxınlığı) ünvanlarında yerləşən “Nissan Servis” Mərkəzlərində təklif olunan güzəştli xidmət paketindən istifadə edə bilərlər.
Güzəştli xidmət paketi çərçivəsində müştərilər avtomobillərinin şüşəsilənlərinin, hərəkətli hissələrinin, o cümlədən əyləc sisteminin pulsuz diaqnostikasını həyata keçirə bilərlər. Bundan başqa, avtomobilin təmiri zamanı bir sıra əlaqədar ehtiyat hissələrinin qiymətinə 20%, həmçinin işçilik haqqına 20% endirim tətbiq olunur.
Ünvanlar: Bakı şəhəri, Babək pr.31, Salamzadə küç.2
Telefonlar: (+994 12) 447 41 94
(+994 12) 448 38 38
(+994 12) 430 90 90
(+994 12) 430 81 41