Modern.az

“WhatsApp”ın fəaliyyəti bərpa olundu - YENİLƏNİB

“WhatsApp”ın fəaliyyəti bərpa olundu - YENİLƏNİB

25 Oktyabr 2022, 12:58

“WhatsApp”ın fəaliyyəti bərpa olunub.

 

Modern.az-ın məlumatına görə, artıq istifadəçilər xidmətdən istifadə etməyə başlayıblar.

 

Şirkətdən verilən məlumata görə, yaxın dəqiqələrdə problem tamamilə aradan qaldırılacaq.

 

***

11:34 

 

“WhatsApp” messencerinin işində problem yaranıb.

 

Modern.az xəbər verir ki, hazırda istifadəçilər “WhatsApp”dan mesaj göndərə bilmirlər. 

 

Qlobal xarakter daşıyan problemin Azərbaycanla yanaşı, bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

 

Problemin səbəbi barədə rəsmi açıqlama veriləcəyi gözlənilir.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var