Modern.az

Elşad Eyvazlı yubileyini qeyd edir

Elşad Eyvazlı yubileyini qeyd edir

16 İyun 2023, 09:32

Bu gün Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, "Modern" Media Qrupunun rəhbəri Elşad Eyvazlının doğum günüdür.

 

Modern.az xəbər verir ki, o, bu gün 50 yaşını tamamlayır.

 

Elşad Eyvazlı 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır.

 

Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb.

 

2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Saytının rəhbəridir. 2021-ci ildə onun rəhbərliyi ilə "MediaTürk TV" yaradılıb.

 

2019-cu ildən mərkəzi ofisi Ankarada yerləşən və dünyanın 45 ölkəsində təmsil olunan GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatının xarici məsələlər üzrə Məclis sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Elşad Eyvazlı Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

 

Modern.az komandası olaraq yubileyi münasibətilə Elşad Eyvazlını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!