Modern.az

Azərbaycanda TikTok nə zaman açılacaq?

Azərbaycanda TikTok nə zaman açılacaq?

Media

17 Oktyabr 2023, 16:10

Xeyli müddətdir ki, ölkəmizdə TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
 

Modern.az xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz deyir ki, Qarabağdakı antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi.
 

“Bununla belə, xatırladıram ki, hazırda istifadəçilərin əksəriyyəti VPN texologiyadan yararlanmaqla TikTok-dan sərbəst istifadə edirlər.
Antiterror tədbirləri başa çatandan sonra ölkəmizdə TikTok-a girişin bərpa edilməməsi düşündürücüdür”, - O.Gündüz deyib.
 

Onun fikrincə, səlahiyyətli qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin buna aydınlıq gətirməlidir.


“Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil.

Xüsusilə də, VPN-lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır.

Fikrimcə, hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı”.
 

O.Gündüzün sözlərinə görə, TikTok-un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı.
 

“Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda TikTok-un rəhbərini də başda oturdublar.

Xatırladıram ki, qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı videomaterialların yaradılması, bu resursdan marketinq və biznes məqsədilə istifadənin stimullaşdırılması üçün TikTok Qazaxıstana böyük vəsaitlər ayırır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır