Modern.az

Qəzzada öldürülən jurnalistlərin sayı 86-ya çatdı

Qəzzada öldürülən jurnalistlərin sayı 86-ya çatdı

Media

12 Dekabr 2023, 09:40

Qəzza zolağında Fələstin-İsrail arasında hazırkı eskalasiya zamanı ölən KİV əməkdaşlarının sayı 86-ya çatıb.

Modern.az xəbər verir ki, bu barədə Fələstin anklavı hökumətinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin rəsmi Telegram kanalında dərc olunan siyahıya əsasən, ölənlər arasında üç qadın var.

Ötən həftə Beynəlxalq Jurnalistlərin Müdafiəsi Komitəsi Yaxın Şərqdə gərginliyin yeni mərhələsinin başlanğıcında Qəzza zolağında 63 KİV əməkdaşının öldüyünü təsdiqləmişdi.

Oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından İsrail ərazisinə nüfuz etməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, Livan və Suriyanın sektoruna və ayrı-ayrı ərazilərinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır