Modern.az

Spiker qardaşının baş nazir təsdiqlənməsi üçün istefa verdi

Spiker qardaşının baş nazir təsdiqlənməsi üçün istefa verdi

Dünya

13 Aprel 2016, 17:00


Qırğızıstan ölkənin yeni baş nazirinin namizədliyini təsdiqləyib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Sooronbay Jeenbekovun namizədliyi lehinə 115, əleyhinə isə yalınz 1 deputat səs verib.

Buna qədər Sooranbay Jeenbekov Prezidetn Administrasiyasının rəhbər müavini vəzifəsində çalışıb.

Maraqlıdır ki, Sooranbay Jeenbekovun baş nazir vəzifəsinə təsdiqlənməsi üçün onun qardaşı – Qırğızstan parlamentinin spikeri Asılbek Jeenbekov istefa verməli olub.

Belə ki, ölkə qanunlarına görə, qohumlar eyni zamanda yüksək dövlət postları tuta bilməzlər.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi