Modern.az

Rusiya Krım tatarları Məclisini qadağan etdi

Rusiya Krım tatarları Məclisini qadağan etdi

Dünya

26 Aprel 2016, 16:10

Krımın Ali Məhkəməsi “Krım tatarları xalqının Məclisi” ictimai birliyini ekstremist yönümlü elan edib və Rusiya ərazisində fəlaiyyət göstərməyinə qadağa qoyub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Krım tatarları 1 ay müddətində apellasiya şikayəti verə bilər.

Krımın prokuroru Natalya Poklonskaya bundan əvvəl, tatarların liderləri Mustafa Cəmilov və Rufat Çubarovu Qərbdəki sponsorlarının “marioneti” adlandırmışdı.

O, “Krım tatarları xalqının Məclisi” liderlərinin Türkiyənin “Boz Qurdlar” və Özbəkistanın “Hizb ut-Təhrir” qruplaşmaları ilə əməkdaşlıq etdiyini bildirirdi.


Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir