Modern.az

“Azərbaycanla Turkiyə dünyaya meydan oxuyacaq...”-Video

“Azərbaycanla Turkiyə dünyaya meydan oxuyacaq...”-Video

12 İyun 2016, 00:23

“Türkiyənin əsas hədəflərindən biri qonşu ölkələrlə problemlərə son qoymaqdır”. Modern.az saytı xəbər verir ki, bunu ANS-ə müsahibəsində Türkiyənin yeni baş naziri Binəli Yıldırım deyib.

 

Azərbaycanın Türkiyə ilə birgə nəhəng layihələrdə yer aldığını vurğulayan hökumət başçısı ən böyük layihənin iki ölkə qardaşlığının olduğunu söyləyib.

 

Binəli Yıldırımın sözlərinə görə, Azərbaycanla Turkiyə dünyaya meydan oxuyacaq vacib layihələrə imza atacaq. O bir daha vurgulayıb ki, Azərbaycanın dostu Türkiyənin dostu, düşməni düşmənidir.

 

AK partiyanın yeni sədri digər qonşularla da dostluq münasibətlərinin qurulacağını, mövcud problemlərə son qoyulacağını deyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok