Modern.az

Tovuzda sel körpünü dağıtdı, 4 kəndlə əlaqə kəsildi 

 Tovuzda sel körpünü dağıtdı, 4 kəndlə əlaqə kəsildi 

13 İyun 2016, 12:43

Sel Tovuzda 4 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən körpünü dağıdıb.

 

Modern.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yağıntıların həddindən çox düşməsi mənbəyini uca dağlardan götürən Tovuzçayı coşdurub.

 

Çaya qarışan sel suları Aşağı Quşçu, Dondar Quşçu, Əsrik və Azaflı kəndlərini rayon mərkəzi ilə birləşdirən körpünü uçurub.

 

Nəticədə avtomobillərin, sakinlərin çayın digər tərəfinə keçməsi qeyri-mümkün olub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!