Modern.az

Qusarda daşqın: 22 ev su altında qalıb

Qusarda daşqın: 22 ev su altında qalıb

24 İyun 2016, 23:52

 

Qusarın Kuzun kəndinə yağan leysan yağışları nəticəsində 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb. Modern.az saytı xəbər verir ki, bu barədə “Report”a Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.

"Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib", - deyə komissiya sədri bildirib.

Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!