Modern.az

Kerri Sarkisyanla Qarabağ münaqişəsini müzakirə edib

Kerri Sarkisyanla Qarabağ münaqişəsini müzakirə edib

Dünya

30 İyun 2016, 21:30

Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri aralarında keçirilmiş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. 

 

Məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. 

 

“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri,  xüsusən, Vyana və Sankt Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir