Modern.az

Jurnalist Əmrah Fəqanoğlu yeni vəzifəyə gətirildi

Jurnalist Əmrah Fəqanoğlu yeni vəzifəyə gətirildi

Media

19 İyul 2016, 16:22

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi nəticəsində DSMF-nin mətbuat katibi postundan azad olunan jurnalist Əmrah Fəqanoğlu yeni vəzifəyə təyinat alıb.

Modern.az saytının məlumatına görə, Əmrah Fəqanoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə gətirilib. Qeyd edək ki, hazırda nazirliyin həmin şöbəsinin rəisi Elman Babayevdir.


Əmrah Fəqanoğlu Dövlət Sosial Müdafiə Fondunda çalışmazdan öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində və “İki sahil” qəzetində işləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok