Modern.az

İŞİD haqda serial çəkiləcək

İŞİD haqda serial çəkiləcək

Aktual

21 İyul 2016, 20:47

Britaniyalı kino rejissoru, ssenarist və prodüsser Piter Kozminski İraq-Şam İslam Dövləti haqda serial çəkəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, ssenarini özü real faktlar əsasında yazacaq.

Layihənin istehsalı ilə Archery Pictures prodüsser şirkəti, National Geographic Channel və Channel 4 məşğul olacaq.

İŞİD təşkilatı yalnız mütəşəkkli cinayətkarlıqla və Hollivud döyüşçüsü ruhunda xüsusi effektliyi ilə deyil, həm də qruplaşmanın fəaliyyəti ilə bağlı video çarxlarla tanınıb.

Dörd hissədən ibarət olacaq dramda öz ölkəsini tərk edərək İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən dörd britaniyalı kişi və qadının tarixindən söhbət açılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok