Modern.az

Sabirabadda ana ölümü qeydə alınıb

Sabirabadda ana ölümü qeydə alınıb

Aktual

6 Avqust 2016, 00:58

Sabirabadda hamilə qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 22.00 radələrində Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.

 

Ucar rayonu Alpout kənd  sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.

 

Meyit müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi ekspertiza və Pataloji Anatomiya  mərkəzinə verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək