Modern.az

Ali məktəblərdən hansına az, hansına çox bakalavr qəbul olunub? - SİYAHI

Ali məktəblərdən hansına az, hansına çox bakalavr qəbul olunub? - SİYAHI

Təhsil

16 Avqust 2016, 18:06

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatları açıqlayıb. 

Bu barədə Modern.az-a TQDK-dan məlumat verilib.

Məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24 110 bakalavr qeydiyyatdan keçib.

İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5 184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib.

 Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5 142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1 395 (18.95%) yer olmaqla ümumilikdə 7 362 plan yeri ayrılıb.

İmtahanının nəticələrinə əsasən, 47 69 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2 209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.

Qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2 593-ü (35.22 %) boş qalıb.

Bu il yalnız Azərbaycan Tibb Universitetində plan yerləri tam, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyasının plan yerləri 90 faiz və daha çox, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Univeristeti, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının plan yerləri isə 80 faizdən çox dolub.

Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə (14.29%) aiddir.

Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Magistraturaya qəbul olanların sayı haqqında məlumat

Qəbul planı

Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma faizi

Vakant yerlərin

 

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

 

sayı (faizi)

7362

4312 (2059)

457 (150)

4769 (2209)

64.78

2593 (35.22)

 

Ali təhsil müəssisələrinin (dövlət və özəl) magistratura səviyyəsinə qəbul olan bakalavrların sayı haqqında məlumat

Ali məktəbin adı

Qəbul planı

Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma faizi

 

 

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

 

1

Bakı Dövlət Universiteti

772

542 (431)

75 (35)

617 (466)

  79.92

2

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

518

358 (211)

91 (27)

449 (238)

  86.68

3

Azərbaycan Texniki Universiteti

374

207 (121)

14 (2)

221 (123)

  59.09

4

Azərbaycan Memarlıq və İnşaat Universiteti

277

156 (107)

20 (9)

176 (116)

  63.54

5

Azərbaycan Tibb Universiteti

15

14 (14)

1 (1)

15 (15)

 100.00

6

Azərbaycan Dövlət Pedaqoji Universiteti

501

456 (164)

7 (0)

463 (164)

  92.42

7

Azərbaycan Dövlət İqtisad Universiteti

1802

1134 (286)

182 (27)

1316 (313)

  73.03

8

Azərbaycan Dillər Universiteti

201

122 (67)

12 (6)

134 (73)

  66.67

9

Bakı Slavyan Universiteti

157

67 (25)

14 (5)

81 (30)

  51.59

10

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

76

52 (45)

10 (5)

62 (50)

  81.58

11

Bakı Musiqi Akademiyası

40

31 (22)

5 (5)

36 (27)

  90.00

12

Azərbaycan Milli Konservatoriyası

34

29 (11)

0 (0)

29 (11)

  85.29

13

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

66

39 (22)

3 (0)

42 (22)

  63.64

14

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

48

32 (23)

9 (6)

41 (29)

  85.42

15

Azərbaycan Turizm və Menecment Universiteti

96

63 (16)

10 (3)

73 (19)

  76.04

16

Bakı Xoreoqrafiya Akademiyası

38

10 (0)

2 (1)

12 (1)

  31.58

17

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

18

12 (12)

0 (0)

12 (12)

  66.67

18

Milli Aviasiya Akademiyası

76

37 (24)

19 (11)

56 (35)

  73.68

19

Azərbaycan Dövlət Dəniz Akademiyası

25

14 (10)

1 (0)

15 (10)

  60.00

20

Azərbaycan Milli Elmlər Akademiyası

63

56 (56)

0 (0)

56 (56)

  88.89

21

Naxçıvan Dövlət Universiteti

200

126 (27)

0 (0)

126 (27)

  63.00

22

Naxçıvan Müəllimlər İnstitutu

35

23 (4)

0 (0)

23 (4)

  65.71

23

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

208

165 (98)

4 (2)

169 (100)

  81.25

24

Gəncə Dövlət Universiteti

249

189 (68)

0 (0)

189 (68)

  75.90

25

Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.)

74

30 (15)

0 (0)

30 (15)

  40.54

26

Sumqayıt Dövlət Universiteti

229

134 (18)

0 (0)

134 (18)

  58.52

27

Mingəçevir Dövlət Universiteti

32

19 (4)

0 (0)

19 (4)

  59.38

28

Lənkəran Dövlət Universiteti

68

40 (4)

0 (0)

40 (4)

  58.82

29

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

13

11 (11)

0 (0)

11 (11)

  84.62

30

Azərbaycan Kooperasiya Universiteti

80

20 (0)

0 (0)

20 (0)

  25.00

31

"Azərbaycan" Universiteti

30

10 (0)

0 (0)

10 (0)

  33.33

32

Qərb Universiteti

80

23 (1)

6 (1)

29 (2)

  36.25

33

Xəzər Universiteti

209

64 (12)

12 (1)

76 (13)

  36.36

34

"Qafqaz" Universiteti

302

273 (125)

13 (4)

286 (129)

  94.70

35

Bakı Avrasiya Universiteti

70

10 (0)

0 (0)

10 (0)

  14.29

36

Bakı Qızlar Universiteti

30

8 (0)

0 (0)

8 (0)

  26.67

37

"Odlar Yurdu" Universiteti

177

48 (0)

5 (0)

53 (0)

  29.94

38

Bakı Biznes Universiteti

64

27 (0)

1 (0)

28 (0)

  43.75

39

"Naxçıvan" Universiteti (Naxçıvan şəhəri)

15

8 (0)

0 (0)

8 (0)

  53.33

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!