Modern.az

Türkiyə xüsusi təyinatlıları və tankları Suriyaya girib

Türkiyə xüsusi təyinatlıları və tankları Suriyaya girib

Dünya

24 Avqust 2016, 12:39

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Suriya ərazisinə daxil olub. Modern.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu haqda hərbi mənblərdən bildirilib.

Türkiyə-Suriya sərhəddində vəziyyətin gərgin olduğu, Türkiyə tanklarının irəlilədiyi, İŞİD mövqelərinə atəş açdığı vurğulanır.

Yeri gəlmişkən, Türkiyə xüsusi təyinatlılarının Suriyada keçirdiyi əməliyyata rəhbərlik edən generalın adı açıqlanıb. Bu, general Zekai Aksakallıdır. 

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək