Modern.az

İtaliyada yenidən zəlzələ olub

İtaliyada yenidən zəlzələ olub

28 Avqust 2016, 21:31

İtaliyada yenidən zəlzələ olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, 4,4 bal gücündə zəlzələ İtaliyanın mərkəzi bölgəsində qeydə alınıb. Məlumata görə, yeraltı təkanların episentri Arkauta-del-Tronto şəhəri yaxınlığında, ocağı isə 9 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt Romada da hiss olunub.

 

Qeyd edək ki, İtaliyada son təbii fəlakət nəticəsində 290 nəfər ölüb, 2 500 nəfər evsiz qalıb. Avqustun 24-dən ölkədə 1800 yeraltı təkan qeydə alınıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!