Modern.az

Makedoniyadakı zəlzələdə 100-dək insan xəsarət alıb

Makedoniyadakı zəlzələdə 100-dək insan xəsarət alıb

Aktual

11 Sentyabr 2016, 23:42

Makedoniyada baş verən zəlzələ nəticəsində 100-dək insan tibbi yardım almaq üçün xəstəxanalara müraciət edib. Modern.az saytı xəbər verir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Makedoniyanın paytaxtı Skopye şəhəri yaxınlığında üç zəlzələ baş verib.

 

Onlardan ən güclüsü (5,3 bal) yerli vaxtla saat 15:10-da qeydə alınıb. Zəlzələ əhali arasında böyük təşvişə səbəb olub, mobil rabitə xidmətində problemlər yaradıb. Skopyenin bir neçə bölgəsində elektrik enerjisi kəsilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir