Modern.az

Azərbaycanlı jurnalistlərdən CHP millət vəkilinə BAŞSAĞLIĞI

Azərbaycanlı jurnalistlərdən CHP millət vəkilinə BAŞSAĞLIĞI

Allah rəhmət eləsi̇n

13 Sentyabr 2016, 18:22

Türkiyənin ana müxalifəti Cümhruriyyət Xalq Partiyasının (CHP) millət vəkili, Türkiyə Qəzetçilər Federasiyasının keçmiş başqanı Atilla Sertelin anası rəhmətə gedib.

 

Modern.az xəbər verir ki, millət vəkilinin anası Cəmaliyə Sertel doğulduğu Əskişəhirdə son mənzilə yola salınıb.

 

Atilla Sertelin 82 yaşlı anası Əskişəhir Asri Qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Atilla Sertel Azərbaycanın Parlament Jurnalistləri Birliyi (PJB) ilə sıx əməkdaşlıq edən millət vəkilidir.

 

PJB sədri Elşad Eyvazlı və təşkilatın üzvləri Atilla Sertelin anasının vəfatı ilə bağlı ona başsağlığı verib.

 

Allah rəhmət eləsin!

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək