Modern.az

Bitərəf deputatların iclası keçirilib

Bitərəf deputatların iclası keçirilib

Parlament

14 Fevral 2011, 14:55

Fefralın 14-də Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların iclası keçirilib. Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edib.

İclasın gündəliyinə heç bir siyasi partiyaya mənsub olmayan (bitərəf) deputatların Mərkəzi Seçki Komissiyasındakı nümayəndələrinin razılaşdırılması məsələsi daxil edilib.

İclası açan heç bir siyasi partiyaya mənsub olmayan deputatların nümayəndəsi, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Mərkəzi Seçki Komissiyası həmişə olduğu kimi, ötən ilin noyabr ayında keçirilmiş parlament seçkilərini də yüksək səviyyədə təşkil edib, lazımi maarifləndirmə işləri aparıb. Vitse-spiker seçkiləri belə mütərəqqi dünya standartlarına uyğun təşkil etdiyinə görə MSK-nın ünvanına xoş sözlər söyləyib.

Qeyd olunub ki, bugünkü iclasın da məqsədi heç bir siyasi partiyaya mənsub olmayan deputatların MSK-ya namizədlərini təqdim və təsdiq etməkdir. Bunlardan – Məmmədov Natiq Seyfulla oğlunun namizədliyi hakim Yeni Azərbaycan Partiyasının, Muxtarova Arifə Ağaverdi qızının namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılmalıdır. Digər namizədlər isə Həsənov Tofiq Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Nadirov Nizami Hüseyn oğlu, Tağıyev Azər Cabir oğlu və əvəzedici qismində namizəd Adilov Nadir Adil oğludur.
Sonra iclasda iştirak edən deputatlar çıxış edərək MSK üzvlüyünə namizədlər barədə fikirlərini bildiriblər. İclasın sonunda adları sadalanan şəxslərin namizədliyinə razılıq verildi və məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ