Modern.az

Gəncənin kanalizasiya sistemi yenidən qurulur

Gəncənin kanalizasiya sistemi yenidən qurulur

20 Fevral 2011, 15:13

Gəncə şəhərində kanalizasiya xətlərinin yenidən qurulması işlərinə start verilib. Artıq kanalizasiya sisteminin yenilənməsi məqsədilə qiymətləndirmə işlərinə başlanılıb. Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinin şöbə müdiri Natiq Məmmədovun verdiyi məlumata görə, elan ediləcək tenderdən sonra qalib gələn şirkətin adı bəlli olacaq. Qeyd edək ki, layihə Almaniyanın “KAYFE”, İsveçin “İseko” şirkətləri və Azərbaycan hökuməti tərəfindən icra olunur. Layihə Gəncə ilə yanaşı, Şəki şəhərini də əhatə edir. İlkin mərhələdə bu işlərin reallaşdırılması üçün 42 milyon avro dəyərində vəsait ayrılıb. Sonrakı mərhələlərdə isə əlavə 63 milyon avronun ayrılması nəzərdə tutulur. Layihəyə uyğun olaraq Gəncənin kanalizasiya xətlərinin keçmədiyi ərazilərdə də çirkab sularının axıdılması məqsədilə yeni xətlər quraşdırılacaq. Hazırda şəhərin 40 faizdən çoxu bu sistemdən istifadə edə bilmir.

Xaliq Qurbanov Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!