Modern.az

Müstəqilliyimizin bərpa olunmasının 25 illiyi münasibəti ilə veloyürüş keçirilib

Müstəqilliyimizin bərpa olunmasının 25 illiyi münasibəti ilə veloyürüş keçirilib

23 Oktyabr 2016, 14:48

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib.

 

Modern.az-ın məlumatına görə, 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb.

 

Qeyd edək ki, “İrəli” İctimai Birliyi veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok