Modern.az

"Dəqiq bilirik ki, İŞİD Qərbdə yeni terror planlaşdırır”

"Dəqiq bilirik ki, İŞİD Qərbdə yeni terror planlaşdırır”

Aktual

27 Oktyabr 2016, 10:49

Suriya və İraqdakı Amerika qoşunlarının komandanı, general-leytenant Stiven Taunsend İŞİD-in Suriyanın Rakka şəhərində terror planı qurduğunu bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, general hücumun Qərb ölkələrindən birində baş verəcəyini deyib.

 

“Biz bilirik ki, planlaşdırma Rakkadan gedir. Düşünürəm ki, tezliklə Rakkaya gedib çıxacayıq”.

 

Lakin Stiven Taunsend şəhərin azad olunması əməliyyatının böyük risk və çətinliklər altında həyata keçiriləcəyini deyib.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok