Modern.az

Putin pensiyaya çıxacağı vaxtı AÇIQLADI

Putin pensiyaya çıxacağı vaxtı AÇIQLADI

Aktual

27 Oktyabr 2016, 20:15

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, böyük dövlətin rəhbəri olduğundan hələ ki pensiyaya çıxa bilmir. Modern.az xarici mediaya istinadən bildirir ki, o bu haqda “Valday” beynəlxalq diskussiya klubunun illik iclasının yekun plenar sessiyasında danışıb.

Onun fikrincə, indi pensiya vaxtı deyil, ancaq gələcəkdə sağ-salamat pensiyaçı ola bilər.

 

“Hörmətli moderator mənə sağ-salamat pensiyaya çıxmağı arzuladı. Mən də özümə bunu arzulayıram. Vaxtı çatanda, bunu etmək lazımdır. Mən hələ ki pensiyada deyiləm, böyük dövlətin fəaliyyətdə olan rəhbəriyəm. Mən təmkinli olmalıyam, öz ifadələrimdə aqressivliyə yol verməməliyəm. Şəxsən deyərdim ki, bu mənim üslubum da deyil”, - Putin söyləyib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok