Modern.az

Deputatın köməkçisi Suriyada öldürülüb

Deputatın köməkçisi Suriyada öldürülüb

Aktual

4 Noyabr 2016, 11:50

Suriyaya döyüşməyə gedən Rusiya Dövlət Dumasının Liberal-Demokrat Partiyasından olan deputatı Mixail Deqtyarevin köməkçisi Sergey Morozov öldürülüb. Modern.az bildirir ki, bu haqda “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, o, Palmira şəhərində artilleriya atəşindən sonra yaralanıb və xəstəxanaya aparılanda yolda ölüb.

Deqtyarev “Reuters”ə 38 yaşlı dostu Morozovun dostu olduğunu təsdiqləyib və deyib ki, o, həqiqətən də Palmiradakı döyüşdə həyatını itirib.

Agentlik iddia edir ki, bu il Suriya prezidenti Bəşər Əsədin tərəfində döyüşən rusiyalılar üçün uğurlu olmayıb. Morozova qədər, fevralın 3-də üsyançılar Hələbdə Maksim Kolqanovu da öldürüblər.

“Reuters”in digər məlumatında qeyd edilir ki, onlara ölümlərindən sonra medalla təltif olunublar. Ancaq nə Kolqanov, nə də Morozov dövlət qulluqçusu olmayıblar, hər ikisi Suriyada muzdlu kimi döyüşüb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir