Modern.az

Krımda ukraynalı diversantlar yaxalandı

Krımda ukraynalı diversantlar yaxalandı

10 Noyabr 2016, 12:17

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krıma daxil olmağa çalışan Ukrayna diversiya qrupu üzvlərinin saxlanıldığını bildirib.

 

Modern.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, xüsusi xidmət orqanının yaydığı bəyanatda göstərilir ki, Krımda hərbi obyektlərə hücum planlaşdıran Ukrayna Müdafiə Nazirliyinə məxsus dəstənin üzvlərinin ötən gün Sevastopolda saxlanılıb.

 

Qrup üzvlərindən partlayıcı vasitələr, silah, döyüş sursatları, xüsusi rabitə vasitələri və bri ençə binaların xəritə-sxemləri olub.

 

Operativ əməliyyat-axtarış tədbirləri və araşdırmalar davam etdirilir.

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok