Modern.az

Bakıdakı universitet Strasburqdan 3 müəllim gətirib

Bakıdakı universitet Strasburqdan 3 müəllim gətirib

Təhsil

11 Noyabr 2016, 10:52

Azərbaycanda əsası  2015-ci ildə Prezident İlham Əliyev və Fransa prezidenti Fransua Olland tərəfindən qoyulan Fransa-Azərbaycan Universitetində (UFAZ) tədris uğurla həyata keçirilir.

 

UFAZ-ın tələbələrlə iş üzrə meneceri Qənirə Nəsibova Modern.az-a açıqlamasında universitetdə təhsil alan tələbə və müəllim heyəti barədə məlumat verib.

 

“Fransa-Azərbaycan Universitetində (UFAZ) hazırda 142 tələbə təhsil alır. Universitetdə fakultə yoxdur. Əsasən texniki fənlər üzrə 4 ixtisas tədris olunur: Kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft kəşfiyyatının istismarının cihazqayırması.

 

Universitet Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yerləşir. UFAZ-da dərslər ingilis dilində aparılır. Azərbaycanlı müəllimlərlə yanaşı, fransız müəllimləri də işləyir. Hazırda Fransanın Strasburq şəhərindən olan 3 müəllim universtitedə dərs tədris edir”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?