Modern.az

Ermənistan  silahlı bölmələri atəşkəsi 32 dəfə pozub

Ermənistan  silahlı bölmələri atəşkəsi 32 dəfə pozub

Aktual

13 Noyabr 2016, 09:51

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

 

Modern.az Müdafiə Nazirliyi istinadən xəbər verir ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir