Modern.az

“525-ci qəzet24 yaşına çatdı

“525-ci qəzet” 24 yaşına çatdı

15 Noyabr 2016, 13:09

17 noyabr tarixi Azərbaycanın çap mətbuatı sırasında özünəməxsus yeri olan “525-ci qəzetin” yaranma günüdür. “525” nə az-nə çox, düz 24 yaşına çatır.

1992-ci il 17 noyabrda ilk dəfə nəşrə başlayan qəzetin adının seçilməsi də maraqlı olub. 

Modern.az-ın məlumatına görə, o zaman “525”i yaradan jurnalistlər əvvəlcə qəzeti “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.

1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.

Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir