Modern.az

Azərbaycanda 17 min nəfərə bir vəkil düşür

Azərbaycanda 17 min nəfərə bir vəkil düşür

Aktual

16 Noyabr 2016, 14:00

“Məhkəmələrdə mülki işlərə baxılması səviyyəsi dəhşətli vəziyyətdədir. Məhkəmlər vətəndaşı illərlə süründürməçiliyə salır və nəticədə məsələ də həllini tapmır. Elə olur ki, illərlə davam edən mülki mübahisəli məsələ məhkəmələrin bütün instansiyalarını keçir. İş Ali Məhkəmədə baxılandan sonra təkarar araşdırılma üçün aşağı məhkəmə instansiyalarına göndərilir. Bu anlaşılan deyil”.

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hüquqşünas deputat bildirib ki, məhkəmə qanunvericiliyi mütləq təkmilləşdirilməlidir: “Elə olmazmı ki, qanunvericilikdə dəyişiklik edilsin və  yuxarı instansiya məhkəmələri şikayətə baxıb qərar versin. Yoxsa bu sahədə problem həllini tapmayacaq vətəndaş da bu süründürməçilikdən əziyyət çəkəcək. Ona görə də bu problemlərin həlli üçün qanunvericiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var”.

 Qüdrət Həsənquliyev Azərbaycanda adambaşına düşən saya görə vəkillərin çox az olmasını vurğulayıb: “Təsəvvür edin, Azərbaycanda 17 min insana bir vəkil düşürsə, Polşada 700 nəfərə, Amerikada isə 50 nəfərə bir vəkil düşür. Ona görə də Ədliyyə Nazirliyi məhkəmə-hüquq sistemində işin effektivliyini təmin edilməsi baxımından Azərbaycanda hakim və vəkillərin sayının artırlması məsələsinə baxmalıdır”.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir