Modern.az

İlham Əliyev müdafiə sənayesinə aid müəssisələrin açılışında iştirak edib

İlham Əliyev müdafiə sənayesinə aid müəssisələrin açılışında iştirak edib

Təhsil

3 Mart 2011, 16:54

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunun açılışında iştirak edib. İlk öncə ölkə başsıçı zavodun rəmzi açılışını bildirən lenti kəsib.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına müəssisə barədə ətraflı məlumat verib. Prezident İlham Əliyev zavodun inzibati binası ilə tanış olaraq, müəssisənin əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxıb.
Sonra dövlət başçısı burada yaradılmış Heydər Əliyev Muzeyi, iclas zalı və yeməkxana ilə tanış olub.
Azərbaycan Prezidenti mexaniki yığma, texniki və mexaniki emal, metal-tökmə, dəmirçi, xüsusi təyinatlı yığma, təmir və bərpa sexlərini gəzdi, iş prosesini izlədi, zavodun məhsullarından ibarət sərgiyə baxış keçirib.
Dövlət başçısı daha sonra zirehli texnika ilə tanış olaraq tövsiyə və tapşırıqlarını verib.

İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyinin “Sənayecihaz” Elm-İstehsalat Mərkəzini də yenidənqurmadan sonra işə salıb.
Müdafiə sənayesi naziri Yavər Camalov burada istehsal olunan məhsullar - səhra şəraitində istifadə ediləcək sutəmizləyici qurğu, çörəkbişirmə sexi, mətbəx, sanitar qovşağı barədə məlumat verib.
Azərbaycan Prezidenti müəssisəni işə salan düyməni basıb.

Prezident Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni “AZAD Systems Co” müəssisəsinin açılışına da qatılıb. O, rəmzi açılışı bildirən lenti kəsib, müəssisə ilə tanış olub.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, müəssisədə 5 yeni istehsal sahəsi yaradılıb, müasir texnoloji avadanlıq quraşdırılıb. Bu, yüksək keyfiyyətli məhsul istehsalına imkan verir.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!