Modern.az

Bakıda iki uşaq anası 10-cu mərtəbədən yıxılaraq ölüb

Bakıda iki uşaq anası 10-cu mərtəbədən yıxılaraq ölüb

Aktual

2 Yanvar 2017, 22:32

Bu gün Bakıda bədbəxt hadisə baş verib. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Yeni Yasamal rayonu, Dadaş Bünyadzadə, 11d ünvanında yaşayan 34 yaşlı Aynur Xəlilova 10-cu mərtəbədən yerə yıxılaraq ölüb.

Qonşularının sözlərinə görə, xanım pəncərələri silərkən ehtiyatsızlıqdan yerə düşüb.

A. Xəlilova ailəli imiş, iki qız övladı var.

Hadisə gənc xanımın uşaqlarının gözü qarşısında baş verib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok