Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.
Bu haqda Modern.az-a Tarif (qiymət) Şurasının Katibliyindən bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq yaranan suallara cavab olaraq bildirilib.
Qeyd edilib ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.
Gülşən RAUFQIZI