Modern.az

“Ukraynanın Türkiyə və Azərbaycanla faydalı strateji tərəfdaşlığı var”

“Ukraynanın Türkiyə və Azərbaycanla faydalı strateji tərəfdaşlığı var”

16 Yanvar 2017, 23:21

"Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışırıq". Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə,  bunu Ukrayna prezidenti Pyotr Poroşenko xarici dövlətlərin səfirləri ilə hər il keçirilən görüşü zamanı bildirib.

"Qarşılıqlı hörmət və fayda əsasında Çin ilə strateji tərəfdaşlığımızı bundan sonra da inkişaf etdirmək istəyirik. Yaponiyaya, xüsusilə "Böyük Yeddil"iyə sədrliyi zamanı göstərdiyi səylərə görə minnətdarıq. Kanada ilə əməkdaşlığımız, hər şeydən əvvəl azad ticarət zonasının yaradılması sayəsində yeni rəng alacaq. Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışırıq", - deyə Poroşenko qeyd edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!