Modern.az

Azərbaycan əhalisinin sayı 9 milyon 802 min nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 9 milyon 802 min nəfərə çatıb

24 Yanvar 2017, 10:55

Azərbaycan əhalisinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, keçən ilin yanvar-noyabr aylarında əhalinin sayı 96,4 min nəfər və ya 1 faiz artaraq 2016-cı il dekabr ayının 1-i vəziyyətinə 9802,0 min nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok