Modern.az

ABŞ-ın keçmiş dövlət katibi İslam dinini qəbul edə bilər                 

ABŞ-ın keçmiş dövlət katibi İslam dinini qəbul edə bilər                 

Dünya

26 Yanvar 2017, 10:44

Amerikanın keçmiş dövlət katibi Madlen Olbrayt bəyan edib ki, prezident Donald Trampın 7 islam ölkəsindən mühacirlərin gəlişinin müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan qanuna etiraz əlaməti olaraq İslam dinini qəbul etməyə hazırdır.

“Mən katolik kimi tərbiyə almışam, sonra Yeliskopal kilsəsinə keçmişəm, ardınca görmüşəm ki, mənim ailəmdə yəhudilik inamı da var. mən həmrəylik baxımından İslamı qəbul etməyə hazıram. Xoş gəlmisiniz, qaçqınlar”, - Modern.az xarici mediaya istinadən bildirir ki, xanım Olbrayt özünün Twitter səhifəsində yazıb.

O, qeyd edib ki, Amerika istənilən dinə sitayiş edən adamlar üçün açıq olmalıdır.

Tramp dünən miqrasiya siyasətinin və sərhəd nəzarətinin sərtləşdirilməsi haqda qanun imzalayıb. 

 

Olbrayt 1937-ci ildə Praqada anadan olub. O, ABŞ-ın dövlət katibi postunu tutan ilk qadın olub və Dövlət Departamentinə Bill Klintonun prezidentliyi dövründə - 1997-ci ildən 2001-ci ilə qədər rəhbərlik edib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!