Modern.az

İntihar etməzdən əvvəl...

İntihar etməzdən əvvəl...

Ədəbi̇yyat

27 Yanvar 2017, 12:33

Həyat bəzən hər tərəfi əhatə edən ağır yük kimi görünə bilər. Mənası itər, yaşamaq eşqi sönər, bir anlıq bu dünyadan yoxa çəkilmək istəyər insan. Saatlarla dinməz, daha doğrusu dinmək istəməz. Öz qapalı dünyasında özü ilə təkbətək qalar. Dərdini, içindəkiləri heç kimə söyləməz. Çünki söyləmək içindən keçməz. Yığın-yığın fikirlər., darıxıdırıcı hisslər, soyuq şimal küləyi və qara buludlar kimi içində yığılıb qalar. Bununla da insanın daxilində ağır mənəvi böhran yaşayar. Düşüncələrini bir yerə cəmləşdirmək istəməz. Ən əsası da, dünyanın bütün möhtəşəmliyi və gözəlliyi onun gözündə payızın saralmış xəzan yarpaqları kimi görünər. Daha tab gətir bilmir insan. Bilmir ki, nə etsin? Necə bu hisslərdən qurtula bilsin. Çətindir...çox çətin. Nə etsin? Necə etsin? Bir çıxış yolu tapmalıdır. Çıxış yolu nədir? İntihar?. Yox!...İntihar çıxış yolu ola bilməz.

Ölüm geri dönüşü olmayan bir yoldur. İnsan isə dünyaya yalnız bir dəfə gəlir. Hər kəsə yaşamaq şansı bir dəfə verilir. Bəlkə kimsə həyatından məmnun olmaz. Ancaq, bu ona özünü geri dönüşü olmayan bir yola salmaq haqqını verməz. Axı dünya təkcə yaşamaqdan, yeməkdən, içməkdən, müəyyən çevrədəki dost-tanışlardan ibarət deyil. Onun da öz fəlsəfəsi, bambaşqa mənaları, çalarları, rəngləri və gözəllikləri var. Cana qıymaq asandır. Amma bunu etməzdən əvvəl yaxşı-yaxşı götür-qoy etmək, hər şeyə incəliyinə kimi nəzər yetirmək lazımdır.

“Bu canın qarşılığında nə verib, nə aldım?” -deyə.

“Təmənnasız verilən bu canın sahibi mənmiyəm?”- deyə.

Bunları yaşayan təkcə mən deyiləm”- deyə.

“Məni sevən xeyli yaxınlarım, tanışlarım, dostlarım var. Bunu etsəm onlara həm ağır zərbə, həm də xəyanət olar” -deyə.

“Həyatın iki üzü var. Bir sərt, biri yumşaq. Bu gün sərt üzünü göstərdi, sabah da yumşaq üzünü göstərər.” -deyə.

“Görmək, danışmaq, yerimək, eşitmək kimi nemətlərindən məhrium olanlar var. Onlar həyata məndən daha nikbin baxırlar”-deyə.

“Hər çətinliyin arxasında əslində bir rahatlıq var,”- deyə.

Saymaqla bitməyən səbəblər çoxdur. Odur ki. intihar etməzdən əvvəl bir düşünün. Bu sirli-sehrli və möcüzəvi Yer kürəsində tək olmadığınızı və yaşamağınıza dəydini anlayın. Üzü əbədiyyətə könüllü kimi addımladığınız anda bir də onu bilin ki, sizin bir daha bunları düşünmək kimi bir imkanınız olmayacaq. Niyə sizin bu cür ölümünüz hamının dilində ağız-dan ağıza gəzib dolaşsın? Bəs niyə siz hamının fikrində zəif kimi qəbul olnasınız. Ömrünü şərəfli, halal, təmiz. mərd başa vuran biri kimi yaddaşlarda qalsanız bununla da sizi sevənlərin qəlbində xoş xatirələrlə məskən salsanız olmazmı?

Ölüm isə bir nemətdir. Ya insan sevinər, ya da üzülər. Ya qat-qat qazanar, ya da ziyana uğrayar.

Zaur Cəfərov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!