Modern.az

ABŞ 100 min vizanı ləğv edib

ABŞ 100 min vizanı ləğv edib

Dünya

3 Fevral 2017, 22:25

ABŞ prezidenti Donald Trampın imzaladığı miqrasiya fərmanlarından sonra 100 mindən çox viza ləğv olunub. Modern.az saytı xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, bu rəqəm ABŞ-a buraxılmayan iki Yəmən vətəndaşının işi üzrə məhkəmədə səsləndirilib.

Qeyd edək ki,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir