Modern.az

İndoneziyanın nümayəndə heyəti  ADU-nun tələbələri ilə görüşüb

İndoneziyanın nümayəndə heyəti  ADU-nun tələbələri ilə görüşüb

Aktual

21 Fevral 2017, 18:13

Fevralın 21-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani və İndoneziya Xalq Nümayəndələr Palatasının üzvü Meutya Viada Hafidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

 

Universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının tələbələri ilə görüşən qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

İndoneziya Araşdırmalar Mərkəzi ilə yaxından tanış olan qonaqlar belə bir mərkəzin fəaliyyətindən məmnun olduqlarını bildiriblər.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok