Modern.az

Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu deyən şəxs saxlanılıb 

Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu deyən şəxs saxlanılıb 

19 Mart 2017, 10:07

Vaşinqtonda Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir kişi Ağ Evdə nəzarət-keçid məntəqəsinə yaxınlaşıb və avtomobilində bomba olduğunu bildirib.

 

Hələ ki, avtomobildə bomba olub-olmadığı təsdiqini tapmayıb. Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib, yaxın küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobildə mütəxəssislər axtarış aparırlar. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok